"Neftçi" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti Azərbaycan millisinin üzvü Ramil Şeydayevin keçidini açıqlayıb.
28 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Şeydayev "ağ-qaralar"ın heyətində 90 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Ramil Şeydayevin son klubu Türkiyənin aşağı liqa təmsilçisi "Kocaelispor" olub.