Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, AFFA-nın İnzibati Binasında təşkil olunan mərasimdə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.
Elgiz Abbasov tədbirdə yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.
Beləliklə, 10 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi yarışın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq.
1-ci tur
"Araz-Naxçıvan" - "Qarabağ"
"Şamaxı" - "Sabah"
"Zirə" - "Səbail"
"Neftçi" - "Turan -Tovuz"
"Sumqayıt" - "Kəpəz"
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.