Sloveniyada təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "bayquşlar" sınaq matçında Ukraynanın "Rux" klubu ilə üz-üzə gəlib.
"Sports park Radomlye"də baş tutacaq qarşılaşma "Sabah"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Bayquşlar"ın heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqləniblər.
Qeyd edək ki, Krunoslav Renduliçin baş məşqçisi olduğu komanda bundan əvvəl 3 sınaq matçı keçirib. "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edən "Sabah" Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) komandaları ilə heç-heçə oynayıb.