"Zirə"nin mərkəz müdafiəçisi Ruan Renato UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) Bakıda keçirəcəkləri oyundan öncə "Dalğa Arena"da təşkil edilən mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu belə danışıb:
"Bizi gərgin oyun gözləyir. Sabah azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Rəqib oyunçular hər top uğrunda sona qədər mübarizə aparırlar. Biz isə bütün imkanlarımızda faydalanmalıyıq. Yaxşı müdafiə olunmalı, hücumda şanslarımızı aramalıyıq. Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq".
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada reallaşan ilk görüş "qartallar"ın 1:0 hesablı qələbəsi ilə bitib.
Nihat