Növbəti mövsümə hazırlığın əsas mərhələsini Türkiyədə keçirən “Səbail” toplanışı çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt komandası Türkiyə 1-ci Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.
Matçda 2:2 hesablı heç-heçə qeydə alınıb. "Dənizçilər"in qollarını Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Bununla da Ərzurum toplanışını başa vuran “Səbail” sabah vətənə dönəcək.