Azərbaycanlı futbolçu Rahil Məmmədovun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını yenə Polşa çempionatında davam etdirəcək.
Millimizin üzvü sözügedən ölkənin yüksək liqa təmsilçisi "Radomyak" klubu ilə anlaşıb. O, Polşa təmsilçisi ilə 2 illik - 30 iyun 2026-cı ilədək müddətə müqavilə bağlayıb.
Qeyd edək ki, Rahil ötən mövsüm Polşanın digər təmsilçisi LKS klubunda çıxış edib.