18:00 20.07.2024 2184

"Zirə" toparlanmalı, "Neftçi" güclənməlidir... - "Qarabağ"ın rəqibi varmı?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq gənclərin fiziki və mənəvi inkişafı

Avqustun 2-də Misli Premyer Liqasında yeni mövsüm start götürəcək. 2024/2025 "futbol ili"ndə elita təmsilçilərinin necə görünəcəklirini dəqiq demək çətin olsa da, transfer çalışmalarına, hazırlıq proseslərinə nəzərən müəyyən fikirlər səsləndirmək, proqnozlar vermək olar. Ötən mövsümü ilk 5 pillədə başa vuran elita təmsilçilərinin nə dərəcədə dəyişdiklərinə, yeni mövsümdə  nə vəd etdiklərinə diqqət yetirək.

"Qarabağ" yenə əsas favoritdir

Son mövsümü çempion və Azərbaycan Kubokunun qalibi kimi bitirən "Qarabağ" hazır görünür. Rus qapıçı Andrey Lunyovu çıxmaq şərti ilə önəmli futbolçulardan gedən olmayıbsa, "onurğa"nın qorunduğu faktdır. Ağdamlılar komandadan ayrılan iki qolkiperin - Lunyov və Luka Quqeşaşvilinin yerinə Fabian Buntiç və Şahruddin Məhəmmədəliyevi sıralarına cəlb edib. Üstəlik, ölkə xaricində istədiyi oyunla yadda qalmayan hücumçu Musa Qurbanlı da geri dönüb. Musanın rəqabəti artıraraq komandanın hücum potensialını bir qədər də yaxşılaşdıracağını güman etmək olar. 

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllüttariq "Linkoln"una rəqib olan "köhlən atlar"ın bu komanda ilə matçlarda büdrəməsi sensasiya sayılar. Buntiçin əsas qolkiper qismində özünü necə göstərməsi, yeni kollektivə necə uyğunlaşması da əsas məqamlardandır. Bu yöndə problem yaşanmasa, "Qarabağ"ın "oturuşmuş" heyətlə avrokuboklarda sabitlik nümayiş etdirəcəyinə, uğurlu çıxış sərgiləyəcəyinə inanmağa dəyər. 

Misli Premyer Liqasına və ölkə kubokuna gəlincə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yenə əsas favoritdir.

Gələnlər: Fabiyan Buntiç ("Vizela", Portuqaliya), Musa Qurbanlı ("Yurqorden", İsveç), Sadiq Məmmədzadə ("Səbail"), Şahruddin Məhəmmədəliyev ("Adana Dəmirspor")
Gedənlər: Maksim Medvedev (karyerasını bitirib), Adama Diakabi ("Bandırmaspor", Türkiyə), Andrey Lunyov ("Dinamo" M, Rusiya), Nahid Quliyev ("Səbail")
Müqavilə müddətini artıranlar: Bəhlul Mustafazadə, Nəriman Axundov, Riçard Almeyda, Abdullah Zubir

"Zirə" toparlana bilsə...

Son mövsümün ikincisi Avropa Liqasında 'Şerif" səddini keçsəydi, böyümək yolunda ciddi addım atmış hesab edilərdi. Tiraspolda 1:0 hesabı ilə yendiyi rəqibə evdə 1:2 uduzaraq oyunsonrası penaltilərlə uduzan "Zirə" şübhəsiz, psixoloji zərbə alıb. Əlbəttə, Rəşad Sadıqovun komandası heyət baxımından zəifləməyib. Ancaq komandanın nəzərəçarpan dərəcədə gücləndiyini də söyləmək mübahisəlidir. "Qartallar" öncə "Şerif"dən alınan üzücü yenilginin təsirindən çıxmalı, Konfrans Liqasında uğur qazanmağa çalışmalıdırlar. "Zirə"nin fiziki hazırlıqla bağlı problemləri olduğunu söyləyənlər də az deyil, lakin təlim-məşq toplanışını yeni başa vurmuş kollektivin "Şerif"lə Mərdəkandakı görüşün sonlarında gücdən düşməsi təbii haldır. 40-cı dəqiqədən azlıqda mübarizə aparan qəsəbə təmsilçisi formasının pikində deyil.

"Zirə" üçün yenidən ilk "3-lük" uğrunda mübarizə aparmaq istənilən halda, asan olmayacaq. Nəzərə alaq ki, "Neftçi" və "Sabah"ın gücləndiyini vurğulayan əksər mütəxəssilər bu mövsüm MPL-də daha ciddi rəqabət proqnozlaşdırırlar. Bizə gözləmək və "qartallar"ın performansını izləmək qalır.

Gələnlər: Fuad Bayramov ("Şamaxı"), Aydın Bayramov ("Turan Tovuz"), Elçin Əlicanov ("Kəpəz"), Davit Volkov ("Sabah"), Junior Martins ("Kəpəz"), Ange Mutsinzi ("Jerv", Norveç)
Gedənlər: Vladislav Kulaç, İlkin Muradov ("Şamaxı"), Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov ("Sumqayıt")
Müqavilə müddətini artıranlar: Qismət Alıyev, Anar Nəzirov, Rüstəm Əhmədzadə (icarə, "Qarabağ"), İsmayıl İbrahimli (icarə, "Qarabağ")

"Sabah" "dirildiyini" isbatlamalıdır

Coy-Lens Mikelsin geri qayıtması " Sabah" azarkeşləri üçün çox şey deməkdir. Amma bu da bəllidir ki, futbol bir oyunçudan asılı idman növü deyil. Səudiyyə Ərəbistanı klubunda istədiyini edə bilməyən Mikels indi liderlik keyfiyyətlərini ortaya qoymalı, belə desək, yenidən yerli publika ilə barışmslıdır. 

Digər tərəfdən, "bayquşlar"ın xorvat baş məşqçisi Krunoslav Renduliç artıq  komandanın ritmini tutub. O, həm yeni legionerlərin transferinə nail olub, həm də yerli futbola uyğunlaşma prosesini geridə qoyub. Bu başqa məsələ ki, Konfrans Liqasında Hayfa "Makkabi"sini keçmək Masazır təmsilçisi üçün çətin missiyadır. Hətta İsrail klubunu mübarizədən kənarlaşdırmaq "Sabah" üçün ciddi uğur sayılar. Məntiqlə, Renduliçin rəhbərlik etdiyi kollektiv sabit maddi durumu fonunda inamlı oyunla diqqət çəkməlidir. Bəs ilk "3-lüy"ə düşmək hədəfi necə, bu komandanın "diş"inə görədirmi? Sualın cavabını azı oktyabrda vermək olar. İndilik yaxşı hazırlıq keçən heyət normal və rəqabətədavamlı təsir bağışlayır.

Gələnlər: Abdulla Rzayev ("Araz-Naxçıvan", icarədən qayıdıb), İldar Alekperov ("Araz-Naxçıvan", icarədən qayıdıb), Coy-Lens Mikels ("Əl-Faysal", Səudiyyə Ərəbistanı), İvan Lepinitsa ("Slaven Belupo", Xorvatiya), Neqoş Kupusoviç ("Trençin", Slovakiya), Pavol Şafranko ("Sepsi", Rumıniya)
Gedənlər: Davit Volkov ("Zirə"), Kristian Sebalyos, Rauf Rüstəmli ("Şamaxı", icarə), Kristian da Silva ("Turan Tovuz"), Maruan Hadudi, Emmanuel Apeh, Veysəl Rzayev ("Turan Tovuz"), Fəxri Məmmədli ("Şamaxı", icarə)
Müqavilə müddətini artıranlar: 

"Sumqayıt" təəccübləndirməyi bacaracaqmı?

"Kimyaçılar"ın büdcəsi yəqin ki, daha artığına imkan vermir. Gedənlərlə gələnləri müqayisə etsək, xüsusi nəsə dəyişməyib. "Gənclik şəhəri" təmsilçisi Konfrans Liqasında Macarıstan "Fehervar"ını mübarizədən kənərlaşdırsa, neutral azarkeşlərin də simpatitasını qazanar. Ancaq bu, Samir Abasovun komandası üçün olduqca çətin tapşırıqdır. Təmsilçimizin macarları "önündən təmizləmək" ehtimalı uzağı 20 faizdir. "Sumqayıt"ın növbəti mövsümdə ilk "5-liy"ə düşmək şansı isə o qədər də az deyil. Çox şey Abasovun mental olaraq nəyi və necə dəyişməsindən asılı olacaq. Onsuz da bu komandada milyonluq oyunçular görməyəcəyimizin fərqindəyik.

Gələnlər: Rəhim Sadıxov ("Zirə"), Fernando Medeiros ("Eqnatiya", Albaniya), Slavişa Radoviç ("Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç ("Qoritsa", Xorvatiya)
Gedənlər: Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Musaki Murata, Kasimir Ninqa
Müqavilə müddətini artıranlar: 

"Neftçi"yə azı daha ikisi lazımdır

Avrokuboksuz qalmaq "ağ-qaralar" adına mənfi məqam olsa da, rəhbərliyin kürkünə birə düşdüyü sezilir. Komanda artıq Azərbaycan futbolsevərlərinin "Qəbələ"dəki fəaliyyətindən yaxşı tanıdığı ukraynalıya - Roman Qriqorçuka tapşırılıb. Əlbəttə, Şeydayevin heyətə qatılması ilə iş bitmir və komandanın azı daha 2 səviyyəli transferə ehtiyacı var. "Neftçi" üçün 5-ci yer fiaskodur və bu komandanın hədəfi çempionluqdur. Çempionluq isə "Qarabağ"ı qabaqlaya bilmək deməkdir. İndiki heyətlə MPL-in qalibi olmaq məqsədinin üst-üstə düşdüyünü iddia etməyə dəyməz. Ancaq bakılılar 2-3 parlaq transfer reallaşdırsalar, "köhlən atlar"a "biz Qriqorçukun rəhbərliyi altında, yaxşı heyətlə gəlirik" mesajı göndərə göndərə bilərlər.


Gələnlər: Roman Qriqorçuk (baş məşqçi), Edvin Kuç, Emil Səfərov ("Qəbələ"), Ramil Şeydayev ("Kocaelispor", Türkiyə). 
Gedənlər: Miodraq Bojoviç (baş məşqçi), Ömər Buludov ("Araz-Naxçıvan"), Rüfət Abbasov ("Şamaxı"), Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov, İvan Brkiç  
Müqavilə müddətini artıranlar

Son söz əvəzi

Ötən mövsümü ilk 5 pillədə başa vuranlar öz yerində, digər komandaları da siyahıdan silmək olmaz. Büdcəsi azaldılan "Səbail"i yaxşı ortabab qismində görəcəyimiz şübhə doğurmursa, Kurban Berdiyevi baş məşqçi postuna gətirən "Turan Tovuz" ictimaiyyəti yaxşı mənada təəccübləndirə bilər. Razılaşaq ki, heyətinin 70 faizini yeniləmiş "Araz-Naxçıvan" sirli qutunu xatırladır.  Hə, "Kəpəz"in transfer bazarındakı süstlüyü yenə də elitada qalmaq uğrunda mücadilə edəcəyini qabartmağa real əsas verməsəydi, bizi daha parlaq mövsüm gözləyərdi. Axı yalnız yerlilərlə oynamağın düzgün yol olmadığını birillik fasilədən sonra MPL-ə qayıdan "Şamaxı" da anlayıb. "Aslanlar" yəqin ki, xüsusilə ev oyunlarında çoxlarına badakaq vuracaqlar.

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X