"Neftçi"nin yeni transferi Robert Bauer şəxsi "Instagram" hesabında Bakı klubuna keçidinə münasibət bildirib.
Fanat.Az 29 yaşlı almaniyalı müdafiəçi bir cümlə ilə kifayətlənib:
"Azərbaycanın ən böyük klubunda oynayacağım anı səbirsizliklə gözləyirəm".
Futbolçu karyerasına 2014-cü ildə "Karlsrue"də başlayan Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder"ə transfer olunub.
O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Son klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olan Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.