Yeni mövsümə Türkiyənin Ərzurum bölgəsində hazırlaşan “Neftçi”nin Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Oruba" ilə sınaq qarşılaşması baş tutmayacaq.
Fanat.Az Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yoxlama görüşü rəqibin imtinası səbəbindən ləğv edilib.
Həmin matçın əvəzinə "xalq komandası" ikitərəfli oyun keçirəcək.
Qeyd edək ki, Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Alanyaspor” (3:1), “Sivasspor” (2:1) və “Ərzurumspor” (0:0) komandaları ilə sınaq matçları keçirən Bakı təmsilçisi sabah Azərbaycana qayıdacaq.