Azərbaycan millisinin üzvü Coşqun Diniyevin yeni klubu bəllidir.
Fanat.Az xəbər verir ki, "Ümraniyespor"dan ayrılan yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
29 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diniyev 1-ci liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm "Ümraniyespor"un heyətində 33 rəsmi matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.