“Mingəçevir” daha bir futbolçu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, hücumçu Vidadi Cəfərovla başa çatan müqaviləni yeniləməyib.
Bu, I Liqa təmsilçisində reallaşan 4-cü ayrılıqdır.
24 yaşlı futbolçunun qarşıdakı mövsümdə hansı klubda oynayacağı da dəqiqləşib. Vidadi II Liqa təmsilçisi “Şəmkir”lə bir illik müqaviləyə imza atıb.