“Sabah”ın futbolçuları UEFA Konfrans Liqasının 2 gün sonra keçiriləcək “Makkabi”yə qarşı oyunla bağlı azarkeşlərə müraciət ediblər.
Fanat.Az xəbər verir ki, klubun rəsmi səhifələrində yayımlanan müraciətdə “Sabah”ın futbolçuları – Yusif İmanov, Namik Ələskərov, Cesse Sekidika və Pavol Şafranko ilə yanaşı, azarkeşləri də hər kəsi stadiona gəlməyə səsləyib.
Qeyd edək ki, “Sabah” – “Makkabi” (Hayfa) oyunu avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. Bu komandalar arasında ilk oyun “Sabah” 3:0 hesablı qələbəsi ilə nəticələnib.