"Kəpəz" daha bir futbolçunun transferini reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Viktor Braqa Gəncə klubunun şərəfini qoruyacaq.
Braziliyalı ilə "1+1" illik müqavilə bağlanıb.
Viktor cinah yarımmüdafiəçisi mövqeyində oynayır.
23 yaşlı oyunçunun son klubu ölkəsinin "Aqiya di Maraba" klubu olub.