UEFA ölkələrin reytinq siyahısını yeniləyib.
Fanat.Az xəbər verir ki, ötən gün keçirilən oyunlardan sonra sıralamada bəzi dəyişikliklər olub.
Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən matçların nəticələri Azərbaycanın mövqeyinə təsir etməsə də, reytinq əmsalımız artıb. Belə ki, ölkəmizin 18,000 reytinq xalı var. Bunun 1,250-si bu mövsüm əldə olunub. "Qarabağ"la "Zirə" hərəyə 0,500, "Sabah" isə 0,250 əmsal əldə edib.
Yaxın qonşulara gəlincə, bir addım irəlidə klubları avrokubokda iştirak etməyən Rusiya qərarlaşıb - 18,299. Slovakiya isə 17.875 xalla Azərbaycandan bir pillə geridədir.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal. İtaliya 79,106 xalla 2-ci, İspaniya (73,989) 3-cüdür.