Bədii gimnastika üzrə Rusiya çempionu Lalə Kramarenko əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, Lalə bunu sosial şəbəkə hesabında açıqlayıb.
İdmançı Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq turnirində zədə alıb. 19 yaşlı gimnast zədəli halda çempion olub.
Qeyd edək ki, Lalə Azərbaycan millisinin sabiq qapıçısı Dmitri Kramarenkonun qızıdır.