“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Şamaxı” ilə heç-heçə (2:2) bitən oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Öncə “Şamaxı”nı bir xal qazanması münasibəti ilə təbrik edirəm. Birinci hissədə bu oyunun taleyini həll etməliydik, lakin qol buraxdıq və rəqib bundan istifadə etdi. Sonda oyun bərabərliklə nəticələndi.
“Makkabi” ilə çox çətin oyun oynadıq. Bu, 3 saat çəkdi. Oyunçularımız həm mental, həm də fiziki baxımdan əziyyət çəkdilər.
Əlbəttə, bəhanələrə sığınmaq istıməzdim. 3 sarı vərəqəyə görə çıxan oyunçularımız var idi. İlk onbirlikdə bir çox oyunçu dəyişməli olduq. Bizim çox da variantımız yox idi”.