"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan ) qarşı keçirdikləri oyundan - UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçından sonra mətbuat konfransına qatılıb.
Fanat.Az Mxəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı belə dəyərləndirib:
"Məğlub olmuşuq. Bu o demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. "Ludoqorets"in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq.
Rəqib kobud oynayırdı. Hakimin onlara müəyyən simpatiyası hiss olunurdu.
"Ludoqorets"in ən üstün cəhəti standart vəziyyətlərdir. Bundan maksimum istifadə etdilər. Düzdür, buna da hazırlaşmışdıq. Qapıçı məsələsi ilə bağlı danışıqlar gedir. Hələ istəyimizə çatmamışıq. Buntiçin oyuna qoşulmaları yaxşı idi. Səfərdə daha yaxşı oynamağa çalışacağıq.
Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da reallaşacaq.