“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 2-ci turunda “Araz-Naxçıvan”la oyundan sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:
"Bizim üçün uğursuz bir nəticə oldu. Hesabı bərabərləşdirmək üçün imkanlarımız olsa da, istifadə edə bilmədik. İndi çempionatın əvvəlidir, oyundan-oyuna daha da yaxşı olacağıq.
Top buraxdıqdan sonra komandamın verdiyi reaksiyadan razı qaldım. Bəzi futbolçular bizim çempionat üçün hələ yenidir. Mən qarşımıza qoyulan məqsədə çatacağımıza əminəm. Komandama tam olaraq inanıram.
Bu komanda sıfırdan qurulub. Bu gün buraxdığımız top müdafiəçilərin bir-birini başa düşməməsinə görə oldu. Rəqib isə əlinə düşən imkandan istifadə etdi. Onların fərdi keyfiyyətə malik futbolçuları çox idi. Yenə deyirəm, neqativ məqamlar çoxdur, amma yavaş-yavaş hər şey qaydasına düşəcək”.