"Qarabağ"ın "Ludoqorets"i Bolqarıstanda 7:2 hesabıyla məğlub edərək pley-offa yüksəldiyi matç qardaş ölkə Türkiyədə də böyük maraqla qarşılanıb.
Fanat.Az xəbər verir ki, hətta bir çox türkiyəli azarkeş "Fənərbağça"nın Fransanın "Lill" klubuna uduzaraq Çempionlar Liqasından uzaqlaşdırıldığı gündə təmsilçimizin parlaq qələbə qazanması ilə təskinlik tapıb.
Bununla bağlı "Youtube" kanalında maraqlı video paylaşılıb. "1 çift taraftar" adlanan səhifədə "Qalatasaray" və "Beşiktaş" formasında olan blogerlər "Qarabağ"ın oyununu televiziya vasitəsilə izləyərək şərh ediblər. Cütlüyün futbolçularımızı adbaad tanıması maraq doğurmaya bilməz.
Həmin videonu diqqətinizə çatdırırq: