Misli Premyer Liqasının 3-cü turunda "Kəpəz"lə qarşılaşan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, Tovuzda nominal qonaq qismində keçirdikləri və 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra baş tutan mətbuat konfransında belə danışıb:
"Qələbədən razı qaldım. Oyunun da bəzi yaxşı hissələri oldu. Hələ çox çalışmalıyıq. Uşaqları qələbə münasibətilə təbrik edirəm.
Komandalar arasındakı görüşün qərb derbisi adlandırıldığını bilirəm. Bu, meydandakı mübarizədən də hiss olunurdu.
Liderliyə yüksəlməyimiz inanmıram ki, komandada özündənrazılıq yaratsın. Qeyd etdiyim kimi, hətta bu oyunda da səhvlərimiz var idi. Futbolçular bunları bilir və onları aradan qaldırmağa çalışmalıdır.
Otto Con ötən mövsüm 10 qol vurub. İlk üç turda qol vurmayıbsa, bu mənim üzərimə düşən məsuliyyətdir. Ona inanıram".
Mirağa