“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Misli Premyer Liqasının 3-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis 0:2 hesabı ilə məğlub olduqları oyunla bağlı bunları söyləyib:
“Bu gün məğlub olduq, istədiyimiz kimi oynamırıq. Hər şey neqativ görünür. Üç tur ərzində azarkeşlərimizə qələbə bəxş edə bilməmişik.
Hələ transferlərimiz bitməyib, yeni oyunçular gələcək. Hər futbolçunun performansını mühakimə etmək üçün ən azı 5-6 tur lazımdır. Bəzi oyunçular obyektiv səbəbdən tam hazır deyillər. Yavaş-yavaş komandaya uyğunlaşmağa cəhd göstərirlər.
Qara Qarayev həm yaxşı insandır, həm yaxşı futbolçudur. Uzun illər Azərbaycan milli komandasının şərəfini qoruyub, Azərbaycanın ən böyük klublarından birində çıxış edib. Onunla səmimi söhbət etmişəm, Qaraya dəfələrlə demişəm ki, onu əsas heyət oyunçusu kimi görmürəm. Əvəzedici heyətdə olması klubla futbolçu arasında olan məsələdir. Mən bu haqda şərh verə bilmərəm”.