"Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transfer Mustafa Sekin keçidinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis Seneqal əsilli ispaniyalı barədə klubun rəsmi saytına danışıb:
“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.
Qeyd edək ki, paytaxt təmsilçisi ilə 3 illik müqavilə bağlayan müdafiəçi yeni komandasında 24 nömrəli formanı geyinəcək.