Misli Premyer Liqasının 4-cü turunda qonaq qismində "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edən "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb:
"Dörd oyunda qələbə qazana bilməmək xoş deyil. Hər şeyin daha yaxşı olmasını istəyərdim. Amma səbrli olacam və istədiyimi alacam. Getdiyim yoldan dönmək fikrində deyiləm.
Vurduğumuz qolda feyr-pley qaydaları pozulmuşdumu? Yox. Yerdə qalan oyunçular artıq ayağa qalxmışdılar. Rəqib qapıçının topu meydandan çıxarmasına ehtiyac yox idi".
Nihat