"Maraqlı oyun alındı. Hər iki komanda meydanda mübarizlik nümayiş etdirdi. Komanda şəklində üstün tərəf biz idik. Amma futbolun yazılmayan qanunları da var. Düşünürəm ki, bu oyunda 2 xal itirdik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 4-cü turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
"Feyr-play qaydalarına əməl etmirlərsə, o bayraqları stadionlardan niyə asırlar? Bizim də uduzdugumuz oyunlar olub, amma əməl etmişik. Rəqib bu qolu layiqli hesab edirsə, olsun.
Qırmızı aldığım epizoda gəlincə, heç kimi təhqir etməmişəm, sadəcə etirazımı bildirmişəm ki, feyr-play qaydalarına niyə əməl etmirlər. Ümid edirəm ki, bir də başımıza belə iş gəlməz".