UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" (Zaqreb) futbolçusu İvan Saraniçlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Xorvatiya klubunun mətbuat xidməti yayıb.
21 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Batae" komandasına keçib.
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.