“Qəbələ” ukraynalı futbolçusu Zurab Oçiqava ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
29 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin iyulundan “Qəbələ”də çıxış edən Zurab “qırmızı-qara” formada 24 matç keçirib. O, Premyer Liqada 21, Azərbaycan kubokunda 3 oyunda iştirak edib.