Misli Premyer Liqasının 5-ci turunda "Şamaxı" ilə səfərdə 0:0 hesablı heç-heçə edən "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis belə danışıb:
"Oyundan narazı qaldım. Baxmayaraq ki, bu gün çox qol epizodu yaratdıq. Yenilər tam uyğunlaşmayıblar. Qarşıdan gələn milli fasiləsi çox vacibdir. İki həftəyə yaxın müddətdə işimiz çox olacaq. Komandaya yeni qoşulanların uyğunlaşması, heyətin oturuşması üçün bu period işimizə yaramalıdır.
Komandanın komplektləşməsinə və futbolçuların uyğunlaşmasına çalışacağıq. Fərqli problemlər də var ki, hamısını aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. İstəyirik ki, sərt hücum futbolu oynayaq.
Bu gün əlimizdə olan heyətlə toplanışa komanda indi 300 faiz hazır olardı. Şükürlər olsun ki, düzgün idarəetmə və yanaşmanın içindəyik.
Əminliklə deyə bilərəm ki, fasilədən sonra daha yaxşı olacağıq. Hadisələrə emosional yanaşmamalıyıq. Gördüklərim daha güclü olmağıma kömək edir".
Mirağa