Barselonanın "Marcet" akademiyası "Samdoriya"ya keçən Lorenzo Metsoteronu təbrik edib.
Fanat.Az xəbər verir ki, sözügedən akademiya bu gün İtaliya B Seriyası klubu ilə müqavilə bağlayan 16 yaşlı forvarda ənənəvi qaydada uğurlar arzulayıb.
Xatırladaq ki, Lorenzo ölkəmizdə daha çox "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında sərgilədiyi oyunla yadda qalıb. Valideynləri 2020-ci ildə Azərbaycanı tərk etdikləri üçün 12 yaşında Bakıdan ayrılan Lorenzo daha sonra "Atalanta"nın strukturunda olub. O, ötən mövsümü "Barselona"nın "Marcet" akademiyasında keçirib.
Nihat