Azərbaycan millisinin bir futbolçusu Millətlər Liqasının I turunda bu gün İsveçlə evdə keçiriləcək matçın "23-lüy"ündə olmayacaq.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Fernandu Santuş "Zirə"dən Qismət Alıyevin adını siyahıdan çıxarıb.
32 yaşlı oyunçu yüngül zədəsi olduğu üçün Skandinaviya təmsilçisi ilə dueli kənardan izləyəcək.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.