"Kəpəz" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, Anqola əsilli portuqaliyalı Valdemar Almeyda "sarı-göylər"in şərəfini qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı oyunçu ampluaca yarımmüdafiəçidir. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Pana" ləqəbli futbolçu ötən mövsüm "Səbail"də çıxış edib.