Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan" evdə "Kəpəz"lə qarşılaşacaq. "Qırmızı-ağlar" görüşə bir itki ilə çıxacaq.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Komandada cəzalı futbolçu yoxdur. Əslində, zədə ilə bağlı durum da eynidir. Belə ki, cümə günü "Kəpəz"ə qarşı oynamayacaq braziliyalı yarımmüdafiəçi Jatoba Karlos uzun müddətdir zədədən əziyyət çəkir. İlk turda "Qarabağ"a qarşı oynayan (1:4) Jatoba ötən ay əməliyyat olunub və hazırda reabilitasiya keçir.
Qeyd edək ki, 13 sentyabrda reallaşacaq "Araz-Naxçıvan" - "Kəpəz" qarşılaşması "Dalğa Arena"da baş tutacaq və saat 19:30-da start götürəcək.
Mirağa