Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri səfər matçından (0:1) sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Gərgin oyun oldu. Futbolçulara oyundan əvvəl matça köklənməli okduwlarını tapşırmışdıq. "Araz-Naxçıvan"ın necə oynadığını bilirdik. Qol epizodları verməsək də, rəqibin üstün cəhətləri vardı. Texniki cəhətdən heyətlərində yaxşı futbolçular çıxış edir. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da inkişaf etdirmək lazımdır. İnanıram ki, gələcək oyunlarda istədiyimiz "Kəpəz"i görəcəyik.
Oyundan öncə nə vaxtsa "Araz-Naxçıvan"da işlədiyim barədə düşünmürdüm. Bizim öz hədəflərimiz var".