"Araz-Naxçıvan"ın məşqçisi Rasim Ramaldanov Misli Premyer Liqasının 6-cı turunda "Kəpəz" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:
"Azər Bağırova və "Kəpəz"ə uğurlar arzulayıram. Çətin oyun olacağını bilirdik. "Kəpəz" bir neçə tur idi ki, uduzurdu. Bu seriya nə vaxtsa qırılmalıdır.
Uşaqlara təşəkkür edirəm. Hamısı sonadək oynadılar. İlk yarıda oyuna nəzarət edən tərəf biz idik. Yaxşı qol epizodları yaratsaq da, hücumları qolla tamamlaya bilmədik. Bəxtimiz gətirmədi. Fasilədən sonra da üstünlüyü əldən vermədik. Əvəzləmələrdən sonra qol vuraraq qələbə qazandıq".