Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi "Radomyak" Polşa çempionatında 7-ci tur oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda "Lexiya"nın qonağı olub və 0:1 hesabı ilə uduzub.
Rahil sonadək ehtiyatda qalıb.
7 tura 6 xal toplayan "Radomyak" Polşa çempionatının turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.