Misli Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün baş tutan matçda səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Startda qol buraxmaq xoşagələn hal deyil. Bu gün göstərdiyimiz oyunu heç bir halda başa düşmək olmaz. Öz oyunumuzu göstərə bilmirik.
Qarşıda "Qarabağ"la oyun var, belə futbolla nəsə gözləməyə dəyməz. Daha yaxşı oynamaq lazımdır. Demişdim ki, liqadakı fasilə kömək edəcək, amma belə olmadı. Üzr istəyirəm, belə oyuna görə hamımız üzr istəməliyik.
Görürük ki, hücumda alınmır... Hər gün səhhətim pisləşir. Belə oyun görmək xoş deyil. Əminliklə deyirəm ki, yaxşı oyun göstərməyə potensialımız var".