09:30 16.09.2024 696

“Turan Tovuz” zirvədən enmədi, “Neftçi” Zirədən əliboş döndü – Tura baxış

Milli komandaların oyunları ilə bağlı yaranan fasilə başa çatdı, Misli Premyer Liqası qaldığı yerdən davam edir. Masazırda əzmkar heç-heçəyə nail olan “Turan Tovuz” zirvədəki yerini qorumağı bacardı. “Səbail”i məğlub edən “Qarabağ” isə bir oyun az keçirsə də, liderin ən yaxın izləyicisidir. “Neftçi” isə Zirədə məğlub olmaqla azarkeşlərini yenə də üzdü...

 “Araz-Naxçıvan” – “Kəpəz” 1:0 
Qol:
Bernardu Dias, 76.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 19. Ramin Nəsirli, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 10. Bernardu Dias.
Məşqçi: Rasim Ramaldanov.
"Kəpəz" : 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 78. Yeqor Xvalko (k), 10. Kərim Lkuça, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.

Qələbəyə həsrət qalan iki komandadan biri “Kəpəz”dir. Azər Bağırovun gəlişindən sonra Gəncə təmsilçisinin oyununda müəyyən dəyişikliklər hiss olunsa da, məğlubiyyətdən qaçmaq mümkün olmadı. “Sarı-göylər”in həm hücum xəttində, həm də müdafiəsində problemlər hiss olunmaqdadır. Görünən odur ki, “Kəpəz” mövsümlər arası fasilədə lazımınca komplektləşməyib. Məğlubiyyətlərin əsas səbəbi də heyətin Premyer Liqa səviyyəsinə uyğun gəlməməsidir.
“Araz Naxçıvan”ın işləri isə qaydasında gedir. Elmar Baxşıyevin çalışdırdığı komanda “Kəpəz”i məğlub etməklə 4-cü pilləyə qədər yüksəldi. Bu qarşılaşmada nominal qonaqlara qələbə gətirən qola 76-cı dəqiqədə Dias imza atdı. Xalını 10-a yüksəldən “Araz Naxçıvan”ın 4-cü pillədə yer alması ciddi hadisədir. Xala həsrət “Kəpəz” isə turnir cədvəlinin sonuncusu olmağa davam edir.

“Şamaxı” – “Sumqayıt” 1:0 
Qol:
Giorgi Kantariya, 2
“Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski, 23. Cordan Rezabala, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

“Sumqayıt” ardıcıl üçüncü məğlubiyyətini aldı. Samir Abasovun komandası heç cür özünə gələ bilmir. Bu dəfə “Şamaxı” “Sumqayıt”ı xalsız yola saldı. Gürcüstanlı futbolçu Giorgi Kantariya artıq ikinci dəqiqədə “Sumqayıt”ın qapısı qarşısında yaranan qarışıqlıqdan məharətlə istifadə etdi. Onun uzaq məsafədən vurduğu zərbə dəqiq alındı. “Gənclik şəhəri” təmsilçisinin məğlubiyyətdən qaçmaq üçün 88 dəqiqə zamanı olsa da, qonaqlar cavab qolu vurmağı bacarmadılar. Əksinə, meydan sahibləri bir neçə dəfə üstünlüyünü artıra bilərdi. Əminliklə söyləmək olar ki, “Şamaxı” qələbəyə layiq tərəf idi və Ayxan Abbasov Premyer Liqada rəqabət aparacaq gücə sahib heyət formalaşdıra bilib. Elitaya bu mövsüm qayıdan əyalət təmsilçisi üçün beş oyuna qazanılan 8 xal heç də pis nəticə sayılmamalıdır. Bu xalların sayəsində “Şamaxı” 6-cı pilləni tutur. “Sumqayıt” isə 6 xalla bir pillə geridədir.

“Qarabağ” – “Səbail” 2:1 
Qollar:
Leandro Andrade, 6, 56 - Fərid Nəbiyev, 58.
“Qarabağ”: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 19. Redon Cica, 11. Emmanuel Addai
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

“Qarabağ” üçün “Səbail” həmişə çətin rəqib sayılıb. “Dənizçilər” bu dəfə də “köhlən atlar”a lazımınca müqavimət göstərməyi bacardılar. “Qarabağ” erkən qolla hesabda önə keçsə də, bu üstünlüyü artırmaq uzun müddət mümkün olmadı. 6-cı dəqiqədə hesabı açan Leandro Andrade ikinci hissənin startında “dubl”unu rəsmiləşdirdi. Amma onun 56-cı dəqiqədə vurduğu bu qoldan cəmi iki dəqiqə sonra Fərid Nəbiyev də adını tabloya yazdırdı. Fərqin minimuma enməsi intiriqanı da ölməyə qoymadı. Tərəflərin çoxsaylı cəhdləri fayda verməyincə görüş 2:1 hesabıyla yekunlaşdı. Bir oyunu ehtiyatda olan “Qarabağ” bu qələbə sayəsində xalını 12-ə çatdırdı. Qurban Qurbanovun komandasının liderdən cəmi iki xal geridə qaldığını nəzərə alsaq, “Qarabağ”ın tezliklə zirvəni ələ keçirəcəyini də proqnozlaşdıra bilərik. Aktivində 4 xalı olan “Səbail” isə liderlər qrupundan çox uzaqdadır, “dənizçilər” “Neftçi” ilə “Kəpəz”i qabaqlamaqla kifayətlənir.

“Zirə” – “Neftçi” 2:0 
Qollar:
Salifu Suma, 1. Rafael Utziq, 60.
"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 97. Tiaqo Silva, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 10. Georgi Papunaşvili, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi” azarkeşlərini üzməkdə davam edir. Çətin ki, nə vaxtsa beləsinə şahid olmuşduq. “Ağ-qaralar” ilk 6 turda qələbəyə həsrət qalıb. Öz oyununu heç cür tapa bilməyən “Neftçi” bu tur Zirədən məğlub döndü. Meydan sahibləri obrazlı desək, artıq paltardəyişmə otağında ilk qolunu vurdu. Hakimin start fitindən cəmi 19 saniyə sonra Rza Cəfərov topu tordan çıxarmalı oldu. Onsuz da işi çətin olan “Neftçi”nin bundan sonra daha da çətinlik çəkəcəyi gözlənilən idi. Elə də oldu. Hücum xəttində “dişsiz” görünən “ağ-qaralar” buraxılan qolun əvəzini çıxa bilmədi. Əvəzində Premyer Liqada 100-cü oyununa çıxan Utziq 60-cı dəqiqədə hesabı 2:0-a çatdırdı. Bununla da “Zirə” növbəti qələbəsini bayram etdi. Qeyd edək ki, “Şamaxı”ya və “Qarabağ”a uduzan meydan sahibləri iki oyunluq qələbə həsrətinə də son qoydu.
9-cu xalını aktivinə yazan “Zirə” 5-ci pillədən daha da irəliyə boylanır. Qələbəyə həsrət qalan “Neftçi” isə 4 xalla 9-cu pillədədir.

“Sabah” – “Turan Tovuz” 2:2 
Qollar:
Cesse Sekidika, 6; 46 - Roderik Miller, 35. Ayxan Quseynov, 76.
“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov,4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdullax Xaibullayev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
“Turan Tovuz": 1. İvan Konovalov, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 25. Denis Marandiçi, 6. Araş Qaderi, 11. Ayxan Quseynov
Baş məşqçi: Kurban Berdiyev

Turan mərkəzi qarşılaşması elə ən maraqlı görüşə çevrildi. “Sabah”la “Turan Tovuz” azarkeşlərin oyundan zövq alması üçün əllərindən gələni etdilər. 4 qolun qeydə alındığı görüşdə daha bir qol hesaba alınmadı. “Turan Tovuz”un son dəqiqələrdə vurduğu qol zamanı baş hakim Əliyar Ağayev və onun köməkçisi künc zərbəsindən havalandırılan topu meydanı tərk etdiyini bildirdi. 2:2 hesablı heç-heçə tərəflərin ürəyincə olmasa da, qazanılan 1 xalı hər iki komanda üçün qənimət saymaq olar. Çünki bol qol epizodları ilə zəngin oyunda hadisələr xeyli sürətlə cərayan edirdi, heç kim məğlubiyyətdən “sığortalanmamışdı”. Yaradılan qol vəziyyətlərinin sayına görə isə “Turan Tovuz”un qələbəni qaçırdığını söyləyə bilərik. “Sabah” yenə müdafiəçilərin inamsız oyunundan əziyyət çəkirdi.
Məğlubiyyətsizlik seriyasını davam etdirən “Turan Tovuz” xalını 14-ə çatdırdı ki, bu da liderliyi qorumaq üçün kifayət edir. 11 xallı “Sabah” isə turnir cədvəlinin üçüncüsüdür.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

20:22

Vaqif Cavadovdan rəhbərliyə sərt mesaj: "O zaman mənim işimə qiymət verin"

20:12

"Barselona" ardıcıl 4-cü dəfə "Real"ı yendi - Geridönüş zəfərə rəng qatdı

19:48

Azərbaycan yığması ikinci matçda böyük hesabla uduzdu

19:08

ABL: "Sabah" "Neftçi"yə qalib gəldi

18:51

Mbappe "Barselona"ya 2 qol vurdu, tarixi rekorda imza atdı

18:26

"Lill"in hücumçusu İtaliya klubuna keçir - Danışıqlar başladı

17:41

Bellingem əməliyyat olunacaq

17:26

Almaniyada elitanı tərk edəcək daha bir komanda bəlli oldu

16:54

Ançelottinin Braziliya millisindəki rekord maaşı da bilindi, irəli sürdüyü şərtlər də

16:11

"Sevilya"nın fanatları bazaya hücum çəkdilər

15:46

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazandı

15:27

"İnter" 2 futbolçusu ilə vidalaşır - ADLAR

14:50

"Peşəkar inkişafıma ən çox kömək edən..." - Lionel Messi açıqladı

14:13

Emil oynadı, komandası səfərdə qazandı

13:44

Vüsaldan assist, komandası pley-offda, Coşqun isə...

13:24

Azərbaycan karateçilərindən dünya çempionatında 4 medal

12:55

"Qarabağ" 10 pillə irəlilədi, "Sabah" 26

12:21

"Barselona" zədəli oyunçularının sıraya döndüyünü açıqladı

11:59

Sörlotun etdiyini indiyədək bacaran olmamışdı - Tarixi rekord

11:26

"Bayern Münhen" Almaniya yığmasının üzvü ilə danışıqlara başladı

10:57

"Real" Fransa millisinin futbolçusunu alır - SON DURUM

10:22

ABL: Bu gün final seriyasında 5-ci oyun keçiriləcək

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

10 May 2025
23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

Facebookdan bizi izləməyi unutmayın.
X