“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreliden danışıb.
Fanat.Az xəbər verir ki, "Bild" onun sözlərini belə çatdırıb:
"Mahirin əvvəldən oynayıb-oynamayacağını hələ dəqiq bilmirəm. Bu, onun üçün erkən ola bilər. Amma ən azı yarım saat mübarizə aparacağına əminəm".
Qeyd edək ki, Emrelinin adı II Bundesliqanın V turunun oyununda - "Ulm"u səfərdə 2:1 hesabı ilə məğlub etdikləri matçda iştirak ərizəsinə salınsa da, Kloze ona oynamaq şansı verməmişdi. "Nürnberq” sentyabrın 21-də "Herta"nı qəbul edəcək.