"Yuventus"un baş məşqçisi Tyaqo Motta komandanın hücumçusu Duşan Vlahoviçin oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti onun sözlərini belə çatdırıb:
"Vlahoviç son matçda həm müdafiə, həm də hücum planında əla oynadı. O, komanda yoldaşları üçün yaxşı fürsətlər də yaratdı. Vlahoviçin gördüyü işdən çox razıyam. Belə də davam etməlidir".
Qeyd edək ki, serb forvard 2022-ci ilin qışından "Yuventus"dadır. Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Yerli mətbuatda yayılan məlumatlara görə, İtaliya klubu Duşanla anlașma yeniləmək istəyir
Nihat