Misli Premyer Liqasının 7-ci turunda Tovuzda "Şamaxı"nı qəbul edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis belə danışıb:
"Oyundan-oyuna köklənə bilmirik. Müdafiədə kobud səhvlər etdik. İkinci hissədə bəzi dəyişikliklər etmək istəsək də, alınmadı. Komanda qol vura bilmir. Bunu qaydaya salmalıyıq. Əlimizdəki imkanlar nə qədər imkan verəcək, verməyəcək, bunu zamanla görəcəyik. Mən güclü adamam. Səhvləri aradan qaldırmalıyıq. Bizə yeni qoşulan oyunçular var. İşləməliyik. Taktiki planda işlər görməliyik. Bura gəlmişəmsə, bu heyətlə vəziyyətdən çıxmalıyam. Tribunadakı təzyiqlər futbolçulara da mənfi təsir edir. Belə olmamalıdır. Futbol mənim üçün döyüşdür. İnanıram ki, dəyişikliklər nəticə verəcək.
Hansısa futbolçunu söymək, təzyiqdə saxlamaq çıxış yolu deyil. Futbolçularımın arxasındayam. Kim dəstək verəcəksə, sağ olsun. Bu vəziyyətdən birlikdə çıxmalıyıq.
Elmir Tağıyevin zədəsi? Zədəsi ciddidir. Qasıq nahiyəsindən xəsarət alıb. MRT olunacaq".
Nihat