23:05 22.09.2024 973

"Vacib 3 xal əldə etdik" -Sadıqov Qara ilə bağlı sualı da cavablandırdı

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında belə danışıb:

“Vacib üç xal əldə etdik. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Növbəti turda səfər görüşüüz olacaq. Həmin oyuna fokuslanacağıq. Başımızı aşağı salıb bildiklərimizi etməyə çalışırıq. Allah qoysa, daha yaxşı, daha möhkəm komanda olarıq. Stabilliyi qorumağa ehtiyac var. Təbii ki, bunu etmək asan məsələ deyil. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanaraq ötən mövsümkü uğuru təkrarlamaqdır. İrəliyə baxmaq lazımdır”.

Sadıqov “Neftçi”dən ayrılan və hazırda azad agent statusu daşıyan Qara Qarayevin xidmətində maraqlı olub-olmadıqlarına dair suala da cavab verib, Emin Mahmudovun durumundan söz açıb:

“Qarabağ”dan ayrıldıqdan sonra Qaranı “Zirə”yə gətirmək istəyirdik. O, “Neftçi”yə keçdi və orada oynamağa qərar verdi. İndi isə elə vaxtda azad agent kimi qaldı ki… Təbii ki, onun kimi futbolçunu hər bir komanda heyətdə görmək istəyər. Sadəcə, indi bizdə onun mövqeyində 4-5 oyunçu var. Qara ilə bu il danışığımız olmayıb. Düzü, ötən mövsüm onu komandaya gətirməkdə israr edirdim. Lakin o, sonda “Neftçi”ni seçdi. Məni də sıxan müəyyən nüanslar var. Qara oynamalı olan futbolçudur. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Qara matçlarda iştirak etməlidir, iddialı futbolçudur. Qara ilə münasibətimiz qaydasındadır. Futbol haqda söhbətlərimiz də olur. Lakin transfer barədə onunla danışığımız olmayıb.

Emin Mahmudova gəlincə, onu da hər bir komanda heyətində görmək istəyər. Futbolda uğursuz periodlar olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Məncə, Emin “Neftçi”də layiqli kapitan olub. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir. Məncə, Mahmudov yoluna davam etməlidir. Bizi əvvəlki oyunları ilə sevindirməlidir”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X