14:04 23.09.2024 767

“Turan Tovuz” zirvəni “Qarabağ”a təhvil verdi, “Sabah” 2-ci pilləyə yüksəldi – Tura baxış

Misli Premyer Liqasının VII turu lider dəyişikliyi ilə yadda qaldı. “Turan Tovuz” birdən-birə iki pillə geriləyərər, “Qarabağ”la “Sabah”ın izləyicinə çevrildi. “Neftçi”ylə “Kəpəz”in qələbə həsrəti isə davam edir. Hesabat turundə məğlub olan hər iki komanda “zirzəmi”də qonşudurlar.

"Kəpəz" – "Şamaxı" 0:2 
Qollar:
Brahim Konate, 16. Giorgi Kantariya, 19
"Kəpəz”: 1.Rojerio Santos, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 78. Yeqor Kvalko (k), 19. Lassana Ndiaye, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Dioqo Verdaska, 28. Redon Mihana, 10. Karim Lkouça
Baş məşqçi: Azər Bağırov
"Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov

Tovuzda keçirilən qarşılaşmada “Şamaxı” nominal meydan sahibi “Kəpəz”i məğlub etdi. İki top fərqi ilə önə keçmək üçün şamaxılılara cəmi 19 dəqiqə bəs etdi. Start fitindən dərhal sonra üstünlüyü ələ alan “Şamaxı” bu üstünlüyü tabloda artıq 16-cı dəqiqədə əks etdirdi. Konate 16-cı dəqiqədə vurduğu qolla “Kəpəz”in azarkeşlərini üzdü. Gürcü legioner Kantariya isə 3 dəqiqə sonra keçmiş komandasını cəzalandırdı. Ardıcıl qollardan sonra hesabın darmadağın həddinə çatacağı gözlənilsə də, qalan dəqiqələrdə hesab dəyişmədi. Hər iki tərəf hesabdan məmnun görünürmüş kimi 90 dəqiqəni sakit formada başa vurdular. Meydanda kəskin həmlələrin, hücum cəhdlərinin şahidi olmadıq.
Qələbə sayəsində xalını 11-ə yüksəldən “Şamaxı” 6-cı pillədə qərarlaşıb. Xala həsrət qalan “Kəpəz” isə sonuncu sıradadır.

"Qarabağ" – "Neftçi" 4:0 
Qollar:
Robert Bauer, 18-öz qapısına. Juninyo, 29. Yassin Benzia, 45+3. Leandro Andrade, 90+1.
"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao. 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. 
Baş məşqçi: Qurban Qurbanov. 
"Neftçi": 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 14. Edvin Kuç, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 9. Andre Şinyaşiki, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski. 
Baş məşqçi: Roman Qriqorçuk.

Bu qarşılaşmanın afişası təntənəli görünsə də, nə meydandakı oyun, nə də komandaların indiki səviyyəsi bu təntənəyə layiq olmadı. “Qarabağ” son illərdə adət etdiyi kimi, “Neftçi”ni böyük hesabla məğlub etdi. “Azərsun Arena”da keçirilən qarşılaşmada “köhlən atlar” “Neftçi”nin qapısına 4 cavabsız top vurdular. Hesab alman müdafiəçi Bauerin avtoqolu ilə açıldı. Bundan sonrası “Neftçi” üçün daha çətin oldu. Artıq fasiləyə qədər hesab 3:0-a çatdı. Juninyo və Benzia “Neftçi” azarkeşlərinin ümidlərini dəfn etdi. “Qarabağ” bu hesabla da kifayətlənmədi. Son saniyələrdə fərqlənən Andrade yekun hesabı müəyyənləşdirdi – 4:0.
Növbəti 3 xalı aktivinə yazan “Qarabağ” zirvəni də “Turan Tovuz”dan təhvil aldı. Qurban Qurbanovun komandası 6 oyuna 15 xal toplayıb. 4 xalı olan “Neftçi” isə yalnız “Kəpəz”i qabaqlayır.

"Turan Tovuz" – "Araz-Naxçıvan" 1:2
Qollar:
Ayxan Quseynov, 46 - Ramon Maçado, 44. Felipe Santos, 55.
"Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 19. Elçin Qasımov, 22. Nahid Əliyev, 25. Denis Marandiçi, 6. Araş Qaderi
Baş məşqçi: Kurban Berdiyev
"Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev

Kurban Berdıyev Azərbaycanda ilk məğlubiyyətini aldı. Özü də doğma meydanda. Çoxları “Turan Tovu” öz meydanında asanlıqla qələbə qazanacağını düşünsə də, bu proqnozlar doğrulmadı. “Araz Naxçıvan” sonradan Berdıyevin özünün etiraf etdiyi kimi, “Turan Tovuz”u bir çox komponentlərdə üstələyərək Tovuzdan qələbə ilə döndü. Amma bu qələbədə hakim Elçin Məsiyevin də rol aldığını düşünənlər var. Belə ki, oyunun 13-cü dəqiqəsində Ramon Maçado təpiklə Roderik Millerin baş nahiyəsinə zərbə endirsə də, Məsiyev sarı vərəqə ilə kifayətləndi. Məhz Maçado da 44-cü dəqiqədə hesabı açdı. Meydan sahibləri Ayxan Quseynovun qoluyla bərabərliyi təmin etsələr də, “Araz Naxçıvan” yenidən fərqləndi. Santosun 55-ci dəqiqədə vurduğu qola cavab vermək mümkün olmadı.
3-cü pilləyə geriləyən “Turan Tovuz” 14 xal toplamağı bacarıb. “Araz Naxçıvan” isə xalını 13-ə çatdırdı və tovuzlulardan bir pillə geridədir.

“Səbail” – “Sabah” 2:4
Qollar:
Amir Bilali, 4. Rüfət Abdullazadə, 39 - Coy Lens Mikels, 8. İvan Lepinitsa, 21. Cesse Sekidika, 26. Pavol Şafranko, 76.
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
"Sabah": 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

Ötən tur “Turan Tovuz”la oyunda büdrəyən “Sabah” bu heç-heçənin əvəzini “Səbail”lə səfər oyununda çıxdı. Özü də rəqibin qapısına 4 dəfə yol tapmaqla. “Sabah”ın məhsuldarlığı diqqət çəkməyə bilməz. “Bayquşlar” “Qarabağ”la birlikdə çempionatın ən məhsuldar komandasıdı. Düzdür, Bayıldakı görüşdə hesabı meydan sahibləri açmışdı. Bilali 4-cü dəqiqədə “Səbail”i önə keçirsə də, bu sevinc uzun sürmədi. Artıq 26-cı dəqiqəyə qədər qonaqlar 3 dəfə fərqlənməyi bacardılar. Rüfət hesab arasındakı fərqi bir topa endirsə də, “Sabah” daha bir dəfə fərqləndi. Şafranko 76-cı dəqiqədə “Sabah”ın 4-cü qolunu vurdu. “Səbail” çox çalışsa da, məğlubiyyətdən qaça bilmədi. 
14 xallı “Sabah” lider “Qarabağ”ın ən yaxın izləyicisidir. 4 xalı olan “Səbail” isə 8-ci pillədə qərarlaşıb. Qeyd edək ki, “Səbail” yeganə qələbəsini “Kəpəz” üzərində qazanıb.

“Sumqayıt” – “Zirə” 0:2 
Qollar:
Rafael Utziq, 22-pen; 69
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 13. Ayxan Qocayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Giorgi Karaişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 18. Kristian Velinovski, 23. Cordan Rezabala
Baş məşqçi: Samir Abasov
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 22. İldar Alekperov, 5. Stefan Aka, 28. Abbas İbrahim
Baş məşqçi: Rəşad Sadıqov

Utziq, obrazlı desək, “Sumqayıt”ı təkbaşına məğlub etdi. Məhz onun “dubl”u sayəsində “Sumqayıt” “Zirə”yə 0:2 hesabıyla uduzdu. Xatırlatmaq yerinə düşər ki, “Sumqayıt” ardıcıl dördüncü oyunda meydanı xalsız tərk etdi. Görünür, ardıcıl məğlubiyyətlər Samir Abasovun da səbr kasasını daşdırıb, çalışdırıcı oyundan sonrakı mətbuat konfransında futbolçularıyla sərt danışacağını gizlətmədi. Amma bu danışıqların müsbət dəyişikliyə səbəb olacağını da demək çətindir. Çünki ötən mövsümkü oyununda əsər-əlamət qalmayan “Sumqayıt”ın hədəflərindən uzaq düşdüyü danılmaz həqiqətdir.
Cəmi 6 xal toplamağı bacaran “Sumqayıt” 7-ci pillədədir və liderlər qrupundan xeyli aralı düşüb. “Zirə” 12 xalla 5-ci yeri tutur.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

11 phrase_var_core.may 2025
09:53

MPL: "Kəpəz" "Sumqayıt"a,çempion "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:24

Liqa 1: PSJ 3 xalı 4 qolla qazandı

02:09

İtaliya A Seriyası: "Yuventus" son dəqiqə qolu ilə yıxıldı

01:50

İspaniya La Liqası: "Atletiko" qələbəni darmadağınla qazandı

00:53

Türkiyə Super Liqası: "Qalatasaray" Trabzon səfərindən 3 xalla ayrıldı

00:31

Almaniya Bundesliqası: "Bayern Münhen"dən inamlı qələbə

10 phrase_var_core.may 2025
23:56

İPL: “Mançester Siti” "Sauthempton"la bacarmadı

23:11

İki komandanın Bundesliqanı tərk etməsi dəqiqləşdi

22:30

"Azarkeşlərimizin qarşısında utanırıq"- Kurban Berdiyev

22:06

"Hədəfi qalmayan komandanın futbolçularına motivasiya vermək çox çətindir" - Samir Abasov

21:45

"İmişli" klubu bəyanat yaydı

21:23

MPL: "Zirə" də səfərdə sevindi, "Neftçi" də

20:48

Rəşad Sadıqov "Səbail"ə qalib gəldikləri oyunu belə dəyərləndirdi

20:24

"Xoşbəxtəm, "B" kateqoriyam ola-ola, ağır yükü mənə verdilər" - Elvin Məmmədov

19:55

Renat Dadaşov oynadı, komandası qələbə həsrətinə son qoydu

19:20

Dadaşova Gürcüstanda medal qazandı

18:51

Bakıda “Zəfər Kuboku” başladı

18:20

Arne Slot Aleksandr-Arnolda əvəzləyici tapdı

17:56

"Sumqayıt" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq - AÇIQLAMA

17:13

Avropa kuboku: İlk gündə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıldı

16:47

Səlcuk İnan klubsuz qaldı

16:22

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

15:56

“Belarusla ikinci oyunumuz da çətin olacaq” – Azərbaycan millisinin üzvü

15:05

"Kəpəz"in yeni rəhbərliyi bilindi -RƏSMİ

14:49

"Yuventus" Osimheni bu qiymətə aparır - MƏBLƏĞ

14:00

MY 39 yaşlı qapıçıya müqavilə təklif etdi

13:31

PSJ-nin prezidenti klubun 600 işçisinə məktub göndərdi - Mükafatlandırılacaqlar

12:50

İngiltərə Premyer Liqasında ayın ən yaxşı məşqçisi bilindi

12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09 phrase_var_core.may 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

phrase_var_core.fb
X