Misli Premyer Liqasının 8-ci turunda "Səbail"i qəbul edən "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri matçla bağlıbelə danışıb:
"Bilirdik ki, bizi ağır oyun gözləyir. Tovuz səfərindən sonra komanda çox məşq edə bilməmişdi. Futbolçularda bərpa prosesi ağır keçdi.
Turnir cədvəli prizmasından yanaşmırıq. Proqramı elə qurmuşuq ki, komanda qarşıdakı oyunu düşünsün. Bu futbolçulara bələdəm. Yaxşı seleksiya işi aparmışıq. Hələ tam istədiyim komanda deyil. Daha yaxşı ola bilərik. Yaxşı futbolçulara sahibik".