"Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov Misli Premyer Liqasının 8-ci turu çərçivəsində bu gün "Sumqayıt"a qarşı keçirəcəkləri matçda oynamayacaq.
Klubun sözçüsü Asəf Zeynallının Fanat.Az-a verdiyi məlumata görə, o, məşqdə dizindən xəsarət alıb.
Digər yarımmüdafiəçi Emil Səfərovun isə "kimyaçılar"a qarşı ev oyununda Bakı təmsilçisinə kömək etməsi sual altındadır. Emil xəstələndiyi üçün qarşılaşmanı kənardan izləyə bilər. Hərçənd onun meydana çıxıb-çıxmayacağına oyun saatında qərar veriləcək.
Nihat