Misli Premyer Liqasının 8-сi turunda "Şamaxı"nın qonağı olan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında fikirkərini bölüşüb.
Fanat.Az xəbər ki, o, 2:2 nəticələnən matçla bağlı belə danışıb:
"Düşünürəm ki, heç-heçə hesabı qanunauyğun oldu.
Heyətdə bəzi dəyişikliklər etkişdik. Kim yaxşı hazırlaşmışdısa, bu gün onlar meydanda idi. Xəyal, Otto və Milleri sonradan meydana buraxdıq. Millerdə zədə vardı. Sadiqi isə məşqdə daha yaxşı gördüyümüz üçün ilk dəqiqələrdən meydana buraxmışdıq.
Standart vəziyyətlər zamanı texniki zonada mıni köməkçim əvəzləyir? Bəli, bu praktikadan əvvəlli komandalarımda da istifadə edirəm".
Mirağa