09:43 30.09.2024 1612

“Sabah” gerilədi, “Neftçi” irəlilədi – Tura baxış

Misli Premyer Liqasının VIII turu sürprizsiz başa çatdı. “Neftçi” yenə qələbəyə həsrət qalsa da, qazandığını bir xal sayəsində “Səbail”lə yerini dəyişdi. “Araz Naxçıvan”ın ardıcıl qələbələr qazanması və 2-ci pillədə möhkəmlənməsi də diqqətçəkən məqamdır.

“Araz-Naxçıvan” – “Səbail” 3:2
Qollar:
Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 58-pen. Bernardu Dias, 84 - Qorka Laruçça, 45+2; 89.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardu Dias
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

Etiraf etmək lazımdır ki, “Araz Naxçıvan” hazırda yüksəlişdədir. Elmar Baxşıyevin çalışdırdığı komanda 7 tura beş qələbə qazanıb ki, bu sayda qələbə heç də təsadüf nəticəsi ola bilməz. Ötən tur Tovuzdan 3 xalla dönən “Araz Naxçıvan” bu dəfə Sumqayıtda qələbəyə sevindi. Amma onlar “gənclik şəhəri”ndə nominal meydan sahibi qismində çıxış edirdi. Naxçıvandakı stadionla bağlı qeyri-müəyyənlik davam etdiyindən Mərdəkana sığınan “ağ-qırmızılar” orda da təmir işlərinin başlaması ilə əlaqədar Sumqayıtda “köç” etməli olmuşdu. Bu çətinliklər belə komandanın qələbələri sıralamasına əngəl olmur.
Sumqayıtdakı görüşün fasiləsi ərəfəsində “Səbail” hesabı açdı və nominal qonaqlar ilk hissəni qalib başa vurdular. Oyunda əsas hadisələr ikinci hissədə cərayan etdi və beş qolun vurulduğu qarşılaşmada qələbə “Araz Naxçıvan”ın oldu. 16 xal toplayan “Araz Naxçıvan” ikinci pillədə möhkəmlənib. “Səbail” isə autsayderdir. 9-cu pilləyə düşən “dənizçilər”in aktivində cəmi 4 xal var.

“Zirə” – “Kəpəz” 3:0 
Qollar:
Ceyhun Nuriyev, 43. Rüstəm Əhmədzadə, 52. Davit Volkov, 57.
"Zirə”:
13. Aydın Bayramov,7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Alekperov, 5. Stefan Aka, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
“Kəpəz”: 1.Rojerio Santos,7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 12. Turan Manafov, 70. Nicat Suleymanov,5. Rauf Hüseynli, 26. Valdemra Almeyda,9. Luis Paçu, 29. Dioqu Verdaşka, 78. Yeqor Xvalko (k), 19. Lassana Ndiaye
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov,2. İlkin Qırtımov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 20. Mahir Həsənov,6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 10. Karim Lkouça, 77. Viktor Braqa
Baş məşqçi: Azər Bağırov

“Zirə” “Kəpəz”ə əsl səviyyə fərqini göstərdi. Qəsəbə təmsilçisi ölkənin ən qocaman klublarından birini çox da əziyyət çəkmədən darmadağın etdi. Görünən odur ki, Azər Bağırovun gəlişi də “Kəpəz” üçün heç nəyi dəyişməyib. Acı reallıq hazırkı heyətin elita səviyyəsinə uyğun olmadığını göstərir. Proseslərin gedişi “Kəpəz”in Premyer Liqanı tərk edəcəyini qaçılmaz edir.
Zirədəki oyunun ilk yarısında inamla müdafiə olunan “Kəpəz” fasiləyə bərabərliklə getmək istəsə də, Ceyhun Nuriyevin qolu bu ümidlərin üzərindən xətt çəkdi. İkinci hissədə daha iki qol vuran meydan sahibləri 3 xalı üç qolla qazanmağı bacardılar. “Zirə” xalını 15-ə çatdırıb, 3-cü pilləyə yerləşdi. Xal üzünə həsrət qalan “Kəpəz” hələ də sonuncudur.

“Neftçi” – “Sumqayıt” 1:1 
Qollar:
Yuri Matias, 76 - Cordan Rezabala, 70
“Neftçi”:
93. Rza Cəfərov, 10. Filip Ozobiç, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 9. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samiqullin, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 6. Rafael Quzzo, 9. Andre Şinyaşiki, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 9. Nikola Vuynoviç, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Giorgi Karaişvili, 18. Kristian Velinovski
Baş məşqçi: Samir Abasov

İnamsız oynayan “Neftçi” qələbənin dadını unudub. Birinci dövrənin sona çatmasına cəmi bir oyun qalıb. Amma “ağ-qaralar” hələ də qələbə qazana bilməyiblər. Roman Qriqorçukun komandasının tilsimi “Sumqayıt”la oyunda qıracağı gözlənilmirdi. Çünki Samir Abasovun “Neftçi”yə qarşı oyunlarda xüsusi motivasiyaya malik olduğu, komandasını da buna kökləyəcəyi məlum məsələdir. Elə bu cür də oldu. “Sumqayıt” ələ düşən fürsətlərin birindən yararlanıb hesabı açdı. “Neftçi”ni məğlubiyyətdən Matias xilas etdi. Onun başla vurduğu növbəti qol “Neftçi”yə evdə 1 xal qazandırdı. Onu da qeyd edək ki, bu qarşılaşma “Neftçi Arena”nın təmirdən sonrakı açılışına təsadüf edirdi. Açılışı qələbə ilə əlamətdar etmək mümkün olmadı.
Bu bir xal sayəsində “Neftçi” “Səbail”i qabaqlamağı, 8-ci pilləyə yüksəlməyi bacardı. 7 xalla “Sumqayıt” elə yeddinci sıradadır.

“Şamaxı” – “Turan Tovuz” 2:2 
Qollar:
Belajdi Pusi, 48. Arsen Ağcabəyov, 90 -  Sadiq Şəfiyev, 6. Kristian da Silva, 90+8.
"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
“Turan Tovuz”: 41. Sergey Samok, 4. Şəhriyar Əliyev (k), 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian Da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Araş Qaderi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 20. İbrahim Ramazanov, 22. Nahid Əliyev, 5. Roderik Miller, 80. Otto Con
Baş məşqçi: Kurban Berdiyev

Şamaxıdakı qarşılaşma da bolqollu alındı. Özü də hesabı qonaq komanda açdı. Son turlarda “Turan Tovuz”un iştirakıyla keçirilən oyunların qol şousuna çevrilməsinə adət etmişik. Sevindirici haldır ki, Kurban Berdiyevin komandası müdafiəyə qapanmır, rəqiblərinə də oynamaq imkanı yaradır. “Şamaxı” da qonaqların bu çağırışına “yox” demədi. Nəticədə azarkeşlər baxımlı oyuna və 4 qola şahidlik etdilər. Hərəyə iki dəfə fərqlənən tərəflər isə meydandan 1 xalla ayrıldılar. Çətin ki, kimsə bu bir xaldan narazı olar. Belə bir oyunda qazanılan 1 xal da qənimət sayılmalıdır.

“Qarabağ” – “Sabah” 3:2 
Qollar:
Toral Bayramov, 6. Nəriman Axundzadə, 9. Kevin Medina, 17 - Mikels, 45+1. Şafranko, 51.
“Qarabağ”: 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina (k) 8. Marko Yankoviç, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k) 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

Turun son qarşılaşması da qol şousuna çevrildi. London səfərindən qayıdan “Qarabağ” cəmi 17 dəqiqə ərzində “Sabah”ın qapısına 3 dəfə yol tapdı. Toral Bayramov 6-cı, Nəriman Axundzadə isə 9-cu dəqiqədə fərqləndi. Kevin Medina isə 17-ci dəqiqədə hesabı 3:0-a çatdırdı. Düşünmək olardı ki, “Sabah” bu qollardan sonra tamamilə təslim olacaq, hesab daha da böyüyəcək. Amma əksi baş verdi. Masazır təmsilçisi buraxdığı üç qoldan ikisinin əvəzini çıxmağı bacardı. Mikelslə Şafranko intiriqanı yenidən diriltdi. Amma məğlubiyyətdən qaçmaq mümkün olmadı. “Qarabağ” 3:2 hesablı qələbə sayəsində xalını 18-ə yüksəltdi və zirvədə qalmağa davam etdi. 14 xalla “Sabah” isə 5-ci pilləyə qədər geriləyib.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X