18:40 07.10.2024 1054

“Qarabağ" I dövrəni lider bitirdi, "Neftçi" qələbəyə həsrətdir - Tura baxış

Misli Premyer Liqasında IX turun başa çatmasıyla birinci dövrə də yekunlaşdı. Milli komandaların oyunları ilə əlaqədar komandalar təxminən iki həftə davam edəcək fasiləyə yollandılar. “Neftçi”nin ilk dövrəni qələbəsiz başa vurması, son turda “Kəpəz”ə məğlub olması isə hamı üçün gözlənilməz oldu. “Qarabağ” isə adət etdiyi kimi, zirvə yarışında hamıdan öndədir.

“Kəpəz” – “Neftçi” 4:3 
Qollar:
Orxan Əliyev, 24; 32. Mahamadu Ba, 41. Viktor Braqa, 48 - Ervin Koffi, 4. Ramil Şeydayev, 31. Ağadadaş Salyanski, 90+5
"Kəpəz": 1. Rojerio Santos, 11. Orxan Əliyev, 12. Turan Manafov, 70. Nicat Suleymanov, 5. Rauf Hüseynli, 26. Valdemra Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 80. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 15. Cavad Kərimov, 28. Redon Mihana, 10. Kərim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov
"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 7. Azər Əliyev, 90. Ramil Şeydayev (k), 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 23. Robert Bauer, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 22. Dembo Darbo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin. 77. Yeqor Boqomolski.
Baş məşqçi: Roman Qriqorçuk 
Bu cür faciəvi ssenarini ən bədbin “Neftçi” azarkeşi belə təsəvvürünə gətirə bilməzdi. İşləri qaydasında getməyən, qələbəyə həsrət qalan “ağ-qaralar” 9-cu turu böyük ümidlərlə gözləyirdilər. Təxminlər beləydi ki, “Neftçi”nin qələbə həsrəti məhz “Kəpəz”lə oyunda bitəcək və ölkənin ən qocaman komandası II dövrəyə daha böyük ümidlərlə hazırlaşmağa başlayacaq. Amma Azər Bağırov və onun komandası bu təxminləri alt-üst etdi. Səkkiz tur ərzində cəmi iki dəfə rəqib qapılarına yol tapan “Kəpəz” Tovuzda keçirilən qarşılaşmada “Neftçi”ni və onun azarkeşlərini 4 dəfə məyus etdi. Heç “Neftçi” də bu mövsüm məhsuldarlığı ilə öyünə bilmir. Bununla belə bu qarşılaşmada onlar da rəqibi üç dəfə meydanın mərkəzinə dəvət etməyi bacardılar. Di gəl ki, bu üç qol da “Neftçi”nin xal qazanması üçün yetərli olmadı.
Tarixi ilə öyünən bu iki klubun hazırkı vəziyyəti təəssüf doğurur. Turnir cədvəlinin “zirzəmisi”ndə yer alan “Kəpəz”in 3 xalı var. Ona qonşu olan “Neftçi” isə cəmi 5 xal toplamağı bacarıb. 

“Səbail” – “Şamaxı” 2:0
Qollar:
Qorka Laruçça, 27. Madi Keta, 68.
Səbail”: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 8. Qorka Larruçea, 44. Amir Bilali (k), 7. Madi Keta, 5. Gitay Sofir, 21. Ayman Buali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
Şamaxı”: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.
“Səbail” də çoxdan idi ki, qələbəyə həstər qalmışdı. Yeganə qələbəsini “Kəpəz” üzərində qazanan “dənizçilər” bu tur “Şamaxı”nı məğlub etməklə “qara zolaq”dan çıxmağı bacardılar. Laruçça 27-ci dəqiqədə “Şamaxı”nı məyus etdi. Qoldan sonra müdafiədə səhvsiz oynamağa çalışan meydan sahibləri qapılarını toxunulmaz saxlamağı bacardılar. Üstəlik, onlar daha bir dəfə rəqibini məyus etdilər. “Səbail”İn üstünlüyünü möhkəmləndirən qola 68-ci dəqiqədə Keta imza atdı. “Şamaxı” bu qollardan heç birinə cavab verə bilməyincə 0:2 hesablı məğlubiyyətlə barışmalı oldu.
“Səbail” bu qələbə sayəsində 7-ci xalını qazandı və 7-ci pilləyə yüksəldi. 12 xalı olan “Şamaxı” isə 6-cı yerdə qərarlaşıb.

“Sabah” – “Araz-Naxçıvan” 1:1 
Qollar:
Boyan Letiç, 5 - Felipe Santos, 8.
Sabah”: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.
Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç 4. İqor Ribeyro 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 1. Vüsal Şabanov, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov, 16. Ramon Maçado, 17. İssuf Paro.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sabah” bu tur qələbəyə həsrət qaldı. Oyundan əvvəl Cavid Cəlilovun bu görüşə baş hakim təyin edilməsi müəyyən şübhələrə səbəb olmuşdu. İddia edilirdi ki, “Sabah”ı büdrətmək üçün Cəlilov və köməkçiləri “iş başında” olacaqlar. Amma hansısa “qara qüvvə”yə ehtiyac duyulmadı və “Araz Naxçıvan” rəqibindən 1 xal qopara bildi. Maraqlıdır ki, görüşdə qollar xeyli erkən vuruldu. Letiç artıq 5-ci dəqiqədə “Sabah”ı önə keçirdi. Meydan sahibləri bu qolun gətirdiyi sevinci uzun müddət yaşaya bilmədilər. Cəmi üç dəqiqə sonra Elmar Baxşıyevin komandası hesabı bərabərləşdirdi. Çox az adam təxmin edərdi ki, Santosun 8-ci dəqiqədə vurduğu qol oyundakı sonuncu qoldur. Qalan 82 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilmədi və beləcə hərəyə bir qol vuran tərəflər elə 1 xalla da kifayətlənməli oldular.
5-ci pillədə yer alan “Sabah”ın 15 xalı var. 17 xallı “Araz Naxçıvan” isə 3-cü sırada qərarlaşıb. Bu yeri onlar üçün yaxşı nəticə saymaq olar.

“Turan Tovuz” – “Zirə” 1:0 
Qol:
Faiq Hacıyev, 89.
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 7. İsmayıl Zülfüqarlı, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 11. Ayxan Quseynov. 
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 70. Məzahir Məmmədzadə, 80. Otto Con, 21. Aleks Souza. 
Baş məşqçi: Kurban Berdiyev. 
Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli. 
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 22. İldar Alekperov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 28. Abbas İbrahim, 18. Martins Junior, 17. Ayron Qomis, 6. Eldar Quliyev, 19. Salifu Suma. 
Baş məşqçi: Rəşad Sadıqov.
Tovuzda keçirilən oyun xeyli maraqlı alındı. Baxmayaraq ki, qarşılaşmada cəmi bir qol vuruldu. Amma azarkeşlər gərgin oyundan həzz aldılar. İlk hissəni “Zirə”nin aktivinə yazsam, görüşü izləyənlər də mənimlə razılaşarlar. Lakin Rəşad Sadıqovun yetirmələri üstünlüyü qola çevirə bilmədilər. Düşünmək olardı ki, görüş qolsuz bərabərliklə başa çatacaq. Bu ssenarini 89-cu dəqiqədə Faiq Hacıyev pozdu. Küncə zərbəsindən sonra top onun önünə düşdü. Müdafiəçi soyuqqanlı şəkildə topu tora qovuşdurdu. “Zirə” bütün qüvvə ilə irəli atılsa da, cavab qolu vurmaq üçün zaman qalmamışdı. Rəşad Sadıqovun əvəzetməyə əl atıb, meydana daha bir hücumçu buraxması da işə yaramadı.
Mövsümdəki 5-ci qələbəsini qazanan “Turan Tovuz” 18 xalla “Qarabağ”ın ən yaxın izləyicisidir. 15 xalı olan “Zirə” isə 4-cü pillə ilə kifayətlənməli olub.

“Sumqayıt” – “Qarabağ” 0:1 
Qol:
Elvin Cəfərquliyev, 74.
Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 5. Alan Dias, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 18. Kristian Velinovski.
Baş məşqçi: Samir Abasov.
"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 18. Olavio Juninyo, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.
Turun və 1-ci dövrənin son qarşılaşmasında “Qarabağ” “Sumqayıt”la qarşılaşdı. Son vaxtlar işləri qaydasında getməyən “Sumqayıt” “Qarabağ”a müqavimət göstərməyə çalışdı. Lakin bu müqavimət də çətin görüşdən xalla ayrılmağa kifayət etmədi. Elvin Cəfərquliyev əvəzetməyən meydana daxil olmasından saniyələr sonra topa ilk toxunuşunda qol müəllifi oldu. Onun vurduğu bu qol görüşdə yeganə olduğundan elə yekun hesabı da müəyyənləşdirdi. Nə “Sumqayıt” “Qarabağ”a cavab verə bildi, nə də “Qarabağ” üstünlüyünü artırmağı bacardı. Belədə minimal hesablı qələbə “Qarabağ”a növbəti 3 xalı qazandırdı.
Topladığı 21 xal “Qarabağ”ın vahid lider olmasına kifayət edir. “Sumqayıt” isə cəmi 7 xal toplayıb ki, bu da “gənclik şəhəri”nin təmsilçisinə 8-ci yerdən yuxarı qalxmağa imkan vermir.
Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

Facebookdan bizi izləməyi unutmayın.
X