12:34 10.10.2024 709

"Estoniya ilə səfər qarşılaşmasından 3 xal götürməyi hədəfləməliyik" - Aslan Kərimov

Azərbaycan millisi oktyabrın 11-də və 14-də Millətlər Liqası çərçivəsində növbəti oyunlarını keçirəcək. Portuqaliyalı mütəxəssis Fernandu Santuşun rəhbərliyi altında çıxdığı ilk iki dueldə uduzan təmsilçimiz Estoniya ilə səfər, Slovakiya ilə ev oyunlarında müsbət nəticələr qazana bilərmi? Tanınmış futbol mütəxəssisi, millinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb seçmənin qarşıdakı görüşlərindən nə gözlədiyini soruşduq. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qrupda bizim üçün ən münasib rəqib elə Estoniyadır. Estonaiya aşağı-yuxarı bizimlə eyni səviyyədə olan komandadır. Oyun üslubları fərqli ola bilər, amma güc və potensial baxımından təxminən eyniyik. Onlar Slovakiyaya qarşı matçda çox sayda qol imkanları yaratmışdılar. Lakin estonlar əllərinə düşən fürsətlərdən istifadə edə bilmədilər və uduzdular. İsveç millisinə Bakıda uduzduğumuz oyunun (1:3) ilk yarısında bizim də çox sayda fərqlənmək şanslarımız olmuşdu... Slovakiya ilə səfər qarşılaşmasında isə yaxşı oynaya bilmədik. Maraqlıdır ki, Estoniya İsveçə qarşı zəif təsir bağışladı. Ümumi yanaşsaq, bizim bu rəqibdən üstünlüyümüz bəlkə texniki tərəflər ola bilər. Estoniya öz meydanında aktiv futbol nümayiş etdirməyə çalışacaq. Texniki bacarıqlarımız hesabına qol vəziyyətləri yarada bilərik. Onlara qonaq qismində qalib gəlmək mümkündür. Amma estonlarla heç-heçə etmək və uduzmaq variantları da yox deyil. Fikrimcə əsas gücümüzü birinci oyuna qoymalıyıq. Real 3 xal qazanmaq şansından maksimum faydalanmalıyıq. 

Slovakiya ilə görüş haqda danışmaq bir qədər çətindir. Matça hansı heyətlə çıxacağımızı bilmirəm. Çox güman ki, Estoniyadan qayıdıb Bakıda Slovakiya il oynamaq çox çətin olacaq. Üçgündənbir matça çıxmaq oyunçularımıza pis təsir edir. Qeyd etdiyim kimi, əsas diqqətimizi Estoniya ilə oyuna yönəltməliyik. Nəyin bahasına olursa olsun, bu səfər qarşılaşmasından 3 xal götürməyi hədəfləməliyik. Çünki bir qədər də aşağı, D liqasına düşmək ehtimalımız var. Bunun baş verməməsi üçün Estoniyada qələbə qazanmalıyıq".

Nihat


 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 May 2025
12:24

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

11:55

“Biləndə ki, Heydər Əliyev oyuna baxmağa gələcək, gücümüz ikiqat artırdı" - VİDEO

11:16

Azərbaycan millisinin heyəti müəyyənləşdi

10:48

Fabreqas İtaliyada bu mükafatı qazandı

10:23

"Əl-Nəsr" Ronaldu ilə yolları ayırır - SON DURUM

09:57

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:30

Qvardiola Xabi Alonsonun "Bayer"dən ayrılmaq qərarına münasibət bildirdi

09:00

MPL: "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Neftçi"yə qarşı - YENİLƏNİR

01:07

İspaniya La Liqası: "Rayo Valyekano" səfərdə qazandı

00:48

İtaliya A Seriyası: "Milan" inamlı qələbəyə sevindi

00:35

Almaniya Bundesliqası: "Hoffenhaym" "canavar yuvası"ndan xalla qayıtdı

00:03

Türkiyə Super Liqası: "Fənərbağça"dan darmadağın

09 May 2025
23:43

Rişarlison "Tottenhem"i digər İngiltərə klubuna dəyişmək üzrədir

23:10

"Ümid edirəm ki, biz bunu bacaracağıq" - "Tottenhem"in hücumçusu

22:38

"Oyundan məmnunam" - Vasili Berezutski

22:23

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

22:19

"Ayıbdır" - Ayxan Abbasov

21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

Facebookdan bizi izləməyi unutmayın.
X