Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin tərkibində olan "İdman" kanalına yeni rəhbər təyin olunub.
Fanat.Az xəbər verir ki, bu vəzifəyə "Mədəniyyət" kanalının rejissoru işləyən Zaur Zeynal gətirilib.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli yaşla əlaqədar postundan kənarlaşdırılıb. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.