Azərbaycanın I Liqasında 5-ci turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, turun açılış günündə 2 oyun baş tutub.
“Qaradağ Lökbatan” – “Mingəçevir” oyunu qolsuz bitib.
Mərkəzi oyunda isə itkisiz irəliləyən lider “Karvan” ilə "İmişli" üz-üzə gəlib. Yevlaxlılar bu dəfə prinsipial rəqibini üstələyib.
I Liqa
5-ci tur
16 oktyabr
“Karvan” – “İmişli” 3:2
Qollar: Bəhruz Teymurov, 1. M Ələkbərov, 80. R Hüseynov, 89 – E Rəhimzadə, 46. P Alves, 68.
Hakimlər: Rəvan Həmzəzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Ruslan Quliyev.
“Qaradağ Lökbatan” – “Mingəçevir” 0:0
Hakimlər: Murad Səlimov, Elmin Süleymanov, Mirnihat Seyidov, Səbuhi Bayramov.