Misli Premyer Liqasının 10-cu turunda "Qarabağ"ı qəbul edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra (0:5) təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis belə danışıb:
"Oyunun çətin olacağını bllirdik. "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. İnanıram ki, Avroliqada da belə parlaq oynayacaqlar.
Rəqib bu gün ikinci hissədə demək olar, əsas heyətlə bizə qarşı mübarizə apardı. Hakimlərdən şikayət etməyəcəyəm. Baxmayaraq ki, səhvlər var idi. Ən azından güclü tərəfə yox, bizə rəğbətini hiss etdirə bilərdi.
Qışdan sonra bir vinger heyətə cəlb edə bilsək, bu komanda rəhbərliyim altında "Qarabağ"ı udan "Araz-Naxçıvan"dan zəif deyil. Uşaqlar bunu onlarla öz aramızdakı matçda da göstərə bildilər".
Mirağa